Türkiyə ilə ABŞ razılaşdı – Başika və İŞİD...
Bizi izləyin

Dünya

Türkiyə ilə ABŞ razılaşdı – Başika və İŞİD...

Türkiyənin baş nazir Əhməd Davudoğlu və ABŞ prezidentinin vitse-prezidenti Co Bayden arasındakı görüşdə İraqdakı Başika düşərgəsi və İŞİD-lə mübarizə mövzusunda koordinasiyanın gücləndirilməsi barədə razılıq əldə edilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələr bildirib.

Qeyd edək ki, Co Bayden 2015-ci ilin dekabr ayında verdiyi açıqlamasında türk əsgərlərinin İraqın Başika düşərgəsindən çəkilməli olduğunu bildirmişdi.

Co Bayden və Əhməd Davudoğlu arasında görüş bu gün keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında Əhməd Davudoğlu Türkiyənin bölgədəki 3 ünsürü təhdid olaraq gördüyünü bildirib: “Bunlar İŞİD, Suriya rejimi və PYD-dir. Təhlükəsizliyimizin qorunması çərçivəsində hər üç ünsürə qarşı tələb olunan addımları atacağımızı hər fürsətdə ifadə edirik. Sərhədimizdə nə İŞİD, nə PKK, nə də rejim güclərinə dair izləri görmək istəmirik”.

Türkiyənin baş naziri YPG-nin (PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı qanadı) PKK-nın bir parçası olduğunu və PKK-dən açıq şəkildə dəstək aldığını deyib.

ABŞ-ın vitse-prezidenti İŞİD və PKK mövzusunda həmfikir olduqlarını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm