Ankaradan Yunanıstana sərt cavab: “İşğal qüvvələrinin...”
Bizi izləyin

Dünya

Ankaradan Yunanıstana sərt cavab: “İşğal qüvvələrinin...”

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan müdafiə naziri Panos Kammenosun Türkiyə və Kipr problemi barədə bəyanatını pisləyib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirlik yunan nazirin bəyanatını “əsassız və qeyri-etik” adlandırıb.

“Yunanıstanlı nazirin ölkəmiz və Kipr problemi haqqında səsləndirdiyi əsassız və qeyri-etik ifadələri pisləyirik. Türkiyə-Yunanıstan münasibətləri və Kipr məsələsinin həllində müsbət bir havanın hakim olduğu dövrdə Yunanıstan müdafiə nazirinin söylədiyi nalayiq ifadələr onun bu müsbət havadan narahat olduğu təəssüratı yaradır. Yunanıstan müdafiə nazirinin məsuliyyətsizliyini göstərən və ciddilikdən uzaq olan bəyanatları rədd edirik”, - Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada qeyd edilir ki, Yunanıstanın dövlət orqanları dövlət məsuliyyətinə uyğun davranmalı və iki ölkə arasındakı əməkdaşlıq mühitinə zərər verə biləcək bəyanatlardan imtina etməlidirlər.

Qeyd edək ki, yanvarın 18-də Afinaya səfər edən Cənubi Kiprin müdafiə naziri Hristoforos Fokaidislə görüşən Kammenos həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyənin “işğalçı” adlandırıb. “Kipr problemin həllində Türkiyənin və işğal qüvvələrinin heç bir yeri yoxdur”, - yunan nazir deyib.

Kammenos bildirib ki, Kipr türkləri mühafizlərə və kreditorla ehtiyac duymadan yaşaya biləcəklərini anlayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm