Tunisdə 400-dən çox nümayişçi həbs olunub
Bizi izləyin

Dünya

Tunisdə 400-dən çox nümayişçi həbs olunub

Tunisin Daxili İşlər Nazirliyi (DİN) ölkədə iğtişaşlar zamanı 423 nəfərin saxlandığı barədə məlumat yayıb.

“Report” “Ticinonews” nəşrinə istinadən xəbər verir ki, DİN-in mətbuat katibi Valid Luqininin sözlərinə görə, saxlanılanlar əsasən xuliqanlıq, soyğunçuluq və komendant saatı rejimini pozmaqda ittiham olunurlar.

Etiraz aksiyaları Tunisin bir sıra şəhərlərində keçirilib. Bəzi hallarda polislə toqquşmalar da qeydə alınıb.

İki gün əvvəl ölkənin Kasserin şəhərində bir işsizin intihar etməsindən sonra yüzlərlə işsiz hökumət binaları qarşısına toplaşıb. Belə ki, yerli hakimiyyət orqanı intihar edən şəxsi ictimai vəzifələrdən birinə işə götürməkdən imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm