İran 100 "Boeing" təyyarəsi almaq istəyir
Bizi izləyin

Dünya

İran 100 "Boeing" təyyarəsi almaq istəyir

İran, BMT sanksiyalarının götürülməsindən sonra mülki donanmasını yeniləmək üçün ABŞ istehsalçısı "Boeing"dən təyyarələr almaq istəyir.

İranın nəqliyyat nazirinin müavini Əsğər Fəxriye Kaşan Reuters agentliyinə bildirib ki, onun ölkəsi 100 təyyarə alınmasında maraqlıdır.

İrana qarşı BMT sanksiyaları bir həftə əvvəl ləğv edilib. Bu, "Airbus"a İrana 114 təyyarə satmaq sövdələşməsi əldə etmək imkanı verib.

İrana qarşı ABŞ-ın ticarət sanksiyaları qüvvədədir, lakin "Boeing" bəzi istisnalarla İranla razılığa gələ bilər. Bunula belə, ötən həftə "Boeing" bildirib ki, İrana təyyarə satmaq qərarı vermək üçün "bir çox addımlar" atılmalıdır.

İran mediası yazır ki, "Airbus"la sövdələşmə çərşənbə günü prezident Həsən Ruhaninin Parisə səfəri zamanı rəsmiləşdiriləcək.

İranın kommersiya avialaynerlərinin orta yaşı təxminən 27-dir, airfleets.net saytı bildirir.

Beynəlxalq standartlara uyğun olmadığından Avropa tənzimləyiciləri İranın bütün hava şirkətlərinə qadağa qoyduğuna da, onlardan cəmi 12-si Avropa İttifaqının hava məkanından istifadə edə bilirdi.

"İran Air" şirkətinin saytı yazır ki, onun hazırda 43 təyyarəsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm