Rusiya ordusu hər yerdə bu türk komandiri axtarır – FOTOLAR
Bizi izləyin

Dünya

Rusiya ordusu hər yerdə bu türk komandiri axtarır – FOTOLAR

Rusiya hərbçiləri 2015-ci il noyabrın 24-də sərhədi pozduğu üçün Türkiyə tərəfindən vurulan “SU-24” təyyarəsinin pilotu Oleq Peşkovu vuran türk komandir Alparslan Çelik və onun əsgərlərini axtarır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın aparıcı media orqanları məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri sözügedən türk hərbçilərinin hələ də Suriyaya yaxın bölgədə olduğunu və onlardan mütləq intiqam alınacağını zənn edir. Bu məqsədlə də Rusiya ordusu türk hərbçilərin axtarışı üçün kəşfiyyata xüsusi göstəriş verib.

Kremlə yaxınlığı ilə tanınan “Dni” və “Lifenews” media orqanlarının yaydığı xəbərə görə, Rusiya ordusu türk komandir Alparslan Çelik və onun əsgərlərini tapmaq üçün xüsusi təyinatlı qrup hazırlayıb və onları təlimatlandırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm