Saakaşvilidən qumar biznesi ilə bağlı cəsarətli TƏKLİF
Bizi izləyin

Dünya

Saakaşvilidən qumar biznesi ilə bağlı cəsarətli TƏKLİF

“Ukrayna hakimiyyəti qumar biznesini leqallaşdırmalıdır”.

Publika.az xəbər verir ki, bu təkliflə Ukraynanın Odessa Vilayətinin qubernatoru Mixail Saakaşvili “Facebook”dakı səhifəsində çıxış edib.

Siyasətçi qeyd edir ki, ölkə xəzinəsi böyük itkilərlə üzləşir. Onun sözlərinə görə, pul Belarus, həmçinin, digər qonşu ölkələrə axır.

Qeyd edək ki, Saakaşvili 2015-ci ilin sonunda korrupsiyaya qarşı hərəkatın yaradıldığını elan edib. Dekabrın 5-də isə Ukrayna hökumətinə rəhbərlik etmək niyyətini açıqlayıb.

Qubernator bildirib ki, islahatların bayraqdarı olmaq və böyük dəyişikliklərdə bilavasitə iştirak etmək istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm