Sarkisyan telefonda Ruhaniyə “dil tökdü” - İran Ermənistanı xilas edir
Bizi izləyin

Dünya

Sarkisyan telefonda Ruhaniyə “dil tökdü” - İran Ermənistanı xilas edir

İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub.

Publika.az İranın dövlət televiziyasına istinadən xəbər verir ki, onlar nüvə probleminin həllindən sonrakı dövrdə iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə edib.

Ruhani və Sarkisyanın danışığında diqqətçəkən məqam Ermənistanın İran vasitəsilə Fars körfəzinə çıxışıdır.

“Hər iki ölkə imkanlarını Fars körfəzini Qara dənizə bağlamaq üçün istifadə etməlidir”, - deyə Ruhani bildirib.

Sarkisyan da İranla əməkdaşlığı yüksəltməyə və yeni dövrdə münasibətləri daha da sürətləndirməyə maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan ərazilərini işğal etdiyi üçün rəsmi Bakının təcridetmə siyasəti altında əzilən Ermənistan isti dənizlərə çıxmaq üçün hər şeyə hazırdır. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Ufa sammitində iştirak edən Serj Sarkisyan Fars körfəzinə çıxmaq üçün iştirakçı dövlətlərə yardım üçün xahiş də etmişdi.

“Nezavisimaya qazeta” nəşrinin bir müddət öncə yazdığı məlumatda da deyilir ki, Ermənistan Fars körfəzinə çıxmaq üçün İranla dəmir yolu xətti çəkmək niyyətindədir.


Ermənistanla İran arasında dəmir yolu çəkiləcək. Layihənin reallaşdırılmasında indi əsas məqsəd geosiyasi maraqlardır. Tehran Ermənistanla sərhədə 60 kilometrlik dəmir yolu çəkəcək. Şimal-Cənub avtomobil yolunun tikintisi Gürcüstan sərhədindən Ermənistanın Mehri şəhərinə qədər olan hissəsinin çəkilməsi hesabına Ermənistan Qara dəniz vasitəsilə Fars körfəzinə çıxa biləcək”, - deyə nəşr qeyd etmişdi.


Görünür, Ruhani “Fars körfəzini Qara dənizə birləşdirək” deyərkən bunu nəzərdə tuturmuş. Bu layihənin reallaşdırılması İrəvanı təcrid vəziyyətindən qismən də olsa çıxara, beləliklə, Ermənistanın işğalçı siyasətinin davam etməsinə səbəb ola bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm