“Baqramyana deyin, suyu gətirdiyi yerə qaytarsın” – Stalin
Bizi izləyin

Dünya

“Baqramyana deyin, suyu gətirdiyi yerə qaytarsın” – Stalin

Keçmiş SSRİ-nin ən uzunömürlü və qanlı diktatoru İosif Stalin qəddar olduğu qədər də spesifik və qəribə yumor hissinə malik idi. Elə bu səbəbdəndir ki, o, bəzən öz qərarlarını yumoristik ifadələri ilə qəbul edirdi.

Publika.az həmin zarafatları təqdim edir.

"Qələbə" avtomobilinin istehsala hazırlaması vaxtı onun "Vətən" adlandırılması planlaşdırılır. Bunu bilən Stalin istehza ilə soruşur: "Yaxşı, “Vətən”i neçəyə satacaqsınız?" Bundan sonra avtomobilin adı dərhal dəyişdirilir.

Stalinin keşikçilərindən olan A. Rıbinanın xatirələrindən:

Stalinin səfərlərində Tukov onu tez-tez müşayiət edirdi. O, sürücünün yanında qabaq oturacaqda otururdu və adətən, yolda yatardı. Arxa oturacaqda oturmuş Siyasi Büronun üzvlərindən biri Stalindən soruşur:

– Yoldaş Stalin, mən anlamıram, sizi kim kimdən qoruyur?

– Bu, – deyə İosif Vissarionoviç tapançasına işarə edir: “Hər ehtimala qarşı götürün”.

Bir dəfə Stalinə məlumat verdilər ki, marşal Rokossovskinin məşuqəsi var və bu, məşhur aktrisa, gözəl qadın Valentina Serovadır. Onlarla indi nə etməli olacağıq? – sualına Stalin:

– Nə olar olar, biz paxıllıq etməli olacağıq! – cavabını verir.

Stalin Gürcüstan MK-nin birinci katibi A.İ. Mqeladze ilə birlikdə Kuntsevadakı bağın xiyabanlarında addımlayır. A.İ. Mqeladze SSRİ rəhbərini limona qonaq edir:

– Yoldaş Stalin, mən sizə söz verirəm ki, yeddi il sonra Gürcüstan ölkəni limonla təmin edəcək və biz xaricdən onları idxal etməyəcəyik.

– Allaha şükür, təxmin etdi! – deyə Stalin cavab verir.

Artilleriya sistemlərinin konstruktoru V.Q Qrabin xatirələrində qeyd edir ki, 1942-ci ildə Stalin onu yanına çağırıb soruşur:

– Topunuz Rusiyanı xilas etdi. Siz nə istəyirsiniz – Sosializm Əməyi Qəhrəmanı, yoxsa Stalin mükafatı?

– Mənimçün fərqi yoxdur, yoldaş Stalin! – deyə konstruktor cavab verir.

Nəticədə ona həm Sosializm Əməyi Qəhrəmanı adı, həm də Stalin mükafatı verilir.

Böyük Vətən müharibəsi zamanı Baqramyanın komandanlıq etdiyi qoşun birinci olaraq Baltik dənizi sahilinə çıxır. SSRİ rəhbərinə yaltaqlanmaq istəyən erməni generalı butulkanı Baltik dənizi suyu ilə şəxsən dolduraraq onu adyutantına verir, Moskvaya uçmağı əmr edir.

Lakin adyutantı aparan təyyarə səmada olarkən almanlar Baltik dənizi sahilindən əks-hücuma keçib, Baqramyanın rəhbərlik etdiyi qoşunu geri oturdurlar.

Moskvaya çatmış erməni generalın adyutantı Stalinin kabinetinə daxil olaraq deyir:

– Yoldaş Stalin, general Baqramyan sizə Baltik dənizinin suyunu yolladı!

Stalin butulkanı əlinə götürür, bir neçə saniyə o tərəf-bu tərəfə çevirib baxdıqdan sonra adyutanta qaytararaq deyir:

– Apar bunu Baqramyana, de ki, suyu hardan götürübsə, ora töksün.

1939-cu ildə "Qatar şərqə gedir" filmi nümayiş etdirilir. Bu, o qədər də uğurlu ekran əsəri deyildi. Film boyu qatar gedir, dayanırdı… Darıxdırıcı səhnələrdən bezən Stalin soruşur:

– Bu, hansı stansiyadır?

– Demyanovka.

– Bax mən burada düşəcəm, – deyə SSRİ rəhbəri zalı tərk edir.

1938-ci ildən Hərbi Dəniz Donanmasının xalq komissarının müavini vəzifəsini admiral İ.İsakov icra edirdi. 1946-cı ildə Stalin zəng vuraraq onu Baş Dəniz Qərargahının rəhbəri təyin etmək istədiyini bildirir. Bunu eşidən İsakov Stalinə deyir:

- Yoldaş Stalin, sizə məlumat verməyi özümə borc bilirəm ki, mənim səhhətimdə problem var. Ayağımın biri amputasiya edilib.

- Bu, sizin xəbər verməyi borc bildiyiniz yeganə məlumatdır? – deyə Stalin ona sual verir.

- Bəli,- deyə admiral cavab verir.

- Bizdə əvvəl başsız qərargah rəisi vardı. Ancaq o heç nə olmamış kimi işləyirdi. Sizdə yalnız ayaqlar yoxdur – bu, qorxulu deyil, – deyə Stalin söhbəti yarımçıq kəsir.

Stalin müharibədən sonra professorlardan birinin Moskva yaxınlığında bahalı bağ evi tikdirməsi haqda eşidir. SSRİ rəhbəri onu yanına çağıraraq:

- Bu doğrudur ki, siz özünüzə minlərlə rubl məbləğində qiyməti olan bağ evi tikdirmisiniz?

- Bəli, yoldaş Stalin, – deyə professor cavab verir.

- Sizə uşaq evi adından təşəkkür düşür. Çünki bu bağı sovet balalarına hədiyyə etdiniz, – deyə Stalin cavab verərək professoru Novosibirskə dərs deməyə göndərir.

Bir gün əcnəbi jurnalistlər Stalindən soruşurlar:

– Niyə Ermənistanın gerbində Ağrı dağı təsvir edilib, axı o, Ermənistanın ərazisində deyil?

Stalin cavab verir:

– Nə olsun? Elə Türkiyənin də gerbində Aypara təsvir edilib. Amma o, həmin ölkənin ərazisində deyil.

SSRİ rəsmilərindən birinin xatirələrinə görə, Stalin tez-tez Anastas Mikoyanla zarafat etməyi sevirmiş. Belə ki, diktator şənlik mərasimlərində təlxəklik edən Mikoyanı yanına çağırıb soruşurmuş: “Anastas, deyilənə görə, 26 Bakı komissarının sayı 26 nəfər deyilmiş. 27-ci komissar (yəni satqın, Stalin bunu dedikdə Mikoyanı nəzərdə tuturmuş) aradan çıxıb. Bunu araşdır, tap gör o satqın kim olub?

Mikoyan Stalinə “Oldu, yoldaş Stalin!” deyə cavab verirmiş. Bu hal dəfələrlə şənlik məclislərində təkrarlanıb. Hər dəfə Stalin Mikoyanı yanına çağırıb, “Anastas, satqın komissarı tapdınmı?” soruşanda qorxudan rəngi qaçmış Mikoyan “Axtarıram, yoldaş Stalin, tapmağa çalışıram” deyə cavab verirmiş.

Stalin Bədii Teatrda səhnəyə qoyulmuş tamaşalardan birini izləməyə gəlir. Onu qarşılayan Stanislavski əlini diktatora uzadaraq əsl soyadını təqdım edir.

- Alekseyev.

- Cuqaşvili, - deyə Stalin də öz soyadını təqdim edir və Stanislavskinin əlini sıxır.

Bir gün Stalin meteoroloqlardan onların hava ilə bağlı səsləndirdikləri proqnozların neçə faizinin dəqiq olmasını soruşur:

– Bizim proqnozlarımızın qırx faizi dəqiq olur, yoldaş Stalin, – deyə cavab verirlər.

– Amma sizin dediklərinizin əksi olur.

Potsdam konfransında Harriman Stalindən soruşur:

– 1941-ci ildə almanlar Moskvanın 18 kilometrliyində idilər. Yəqin, indi sizə məğlub edilmiş Berlini bölmək xoşdur?

– Çar Aleksandr Parisə çatmışdı, – deyə Stalin cavab verir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm