Hitlerin qadağan etdiyi FOTOLAR
Bizi izləyin

Dünya

Hitlerin qadağan etdiyi FOTOLAR

Qərb mətbuatı nasist Almaniyasının lideri Adolf Hitlerin qadağan etdiyi yeni fotoları üzə çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, fotolar 1941-ci ildə Varşavadakı yəhudi düşərgəsində (gettoda) çəkilib.

Fotoları alman rabitəçi əsgəri, fotoqraf Villi Qeorq lentə alıb. Qeyri-leqal şəkildə Varşavaya gələn əsgər bundan ötrü fotokamerasının 4 lentindən istifadə edib.

Beşinci lentdən istifadə edərkən hərbi patrul tərəfindən saxlanılıb. Lakin o, yəhudilərin ağır həyat tərzini lentə aldığı digər 4 lenti gizlədə bilib.

Adolf Hitler Varşavadakı gettoların fotolarını qadağan etsə də, Villi Qeorqun lentə aldığı kadrlar bu günə kimi toxunulmamış qalıb.

Kadrlarda qəzet satan Varşava sakini, küçə bukinistləri, vitrinin qarşısında huşunu itirmiş şəxs, küçə dilənçiləri və digər yəhudilər yer alıb.

Qeyd edək ki, Qərb mətbuatı bir qədər əvvəl də nasist liderinin qadağan etdiyi fotoları paylaşmışdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm