ŞOK: Gözünü çıxardıb, yerinə kamera taxdı - VİDEO
Bizi izləyin

Dünya

ŞOK: Gözünü çıxardıb, yerinə kamera taxdı - VİDEO

Kanada sakini gözünü çıxardaraq yerinə videokamera yerləşdirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist və rejissor Rob Spens 9 yaşında keçirdiyi qəzadan sonra görmə qabiliyyətini itirməyə başlayıb. Getdikcə heç görməyən gözünü əvəz edə biləcək vasitə axtarışında olan Rob hələlik ondan kamera kimi istifadə edir. Belə ki, çəkiliş heyəti olmadan çəkiliş edə və müsahibə ala bilir. Amma gözünün əvəzinə istifadə etdiyi kamera hələ ki, təkmilləşdirilməyib. O, cəmi 3 dəqiqəlik çəkiliş edə bilir. Daha sonra avadanlıq qızmağa başlayır.

Qurğu Spensin görməsinə kömək etmir. Çünki sadəcə, kamera kimi istifadə edilən cihaz onun sinir sistemi ilə birləşdirilməyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm