Egey dənizində FACİƏ: 10 uşaq boğuldu
Bizi izləyin

Dünya

Egey dənizində FACİƏ: 10 uşaq boğuldu

Türkiyədən yola düşən qaçqınlarla dolu qayıq Yunanıstanın Samos adası sahilində batıb. Nəticədə 24 adam, o cümlədən 10 uşaq suda boğulub. Qayıqda olan adamlardan 10-u xilas edilib, 11-i isə itkin düşüb.

Yunanıstanın sahil mühafizəsinin nümayəndəsi DPA agentliyinə müsahibəsində bildirib ki, xilasetmə əməliyyatı davam edir. Bu əməliyyatda Avropa İttifaqının “Frontex” sərhəd məsələləri agentliyi, balıqçı gəmiləri, habelə Yunanıstan və Türkiyənin sahil mühafizəsi vertolyotları iştirak edir. Sahilə üzüb çatan qaçqınlardan biri məlumat verib ki, qayıqda təxminən 45 adam olub. Onların milli mənsubiyyəti haqqında məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm