Obama tapşırıq verdi: ABŞ ordusu Liviyaya girməyə hazırlaşır
Bizi izləyin

Dünya

Obama tapşırıq verdi: ABŞ ordusu Liviyaya girməyə hazırlaşır

ABŞ prezidenti Barak Obama Liviyada və digər ölkələrdə İŞİD-ə qarşı daha sərt mübarizə aparılması ilə bağlı milli təhlükəsizlik qüvvələrinə xüsusi tapşırıq verib.

Publika.az xəbər verir ki, Ağ Evdən yayılan açıqlamaya görə, Barak Obama İŞİD-ə qarşı daha sərt mübarizə aparmaq üçün ölkənin Təhlükəsizlik Şurasını toplayıb. Toplantı zamanı Barak Obama ölkənin güc qurumlarına İŞİD-ə qarşı xüsusi əməliyyatlar keçirilməsi barədə tapşırıqlar verib.

Toplantıda iştirak edən ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, indi İŞİD-in əsas təlim mərkəzləri Liviya ərazisində yerləşir: “Əvvəllər Suriya və İraqda olduğu kimi, indi İŞİD Liviyada daha rahat hərəkət edə bilir. Buna görə də Liviyada terrorla mübarizə tədbirləri daha da gücləndirilməlidir. Hətta yaxın gələcəkdə Liviyada İŞİD-ə qarşı hərbi əməliyyatlar başladıla bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm