Rusiyanın dövlət sirri açıldı: 109 əsgər... - ŞOK
Bizi izləyin

Dünya

Rusiyanın dövlət sirri açıldı: 109 əsgər... - ŞOK

2015-ci il 30 sentyabr tarixindən etibarən Suriyada Əsədə dəstək verən Rusiya ordusu indiyə kimi 109 əsgərini itirib.


Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Əsəd rejiminə hava əməliyyatları ilə dəstək verən Rusiyanın quru qoşunlarının da Suriyada olduğu ortaya çıxıb.


“Anadolu”nun Suriya rejiminə yaxın qaynaqlardan əldə etdiyi məlumata görə, yüzlərlə rus əsgəri Əsəd ordusunun müxaliflərə qarşı keçirdiyi hərbi əməliyyatlarda iştirak edir. Əməliyyatlarda həmçinin, Rusiyanın xüsusi təyinatlı qüvvələri də yer alır. Rus əsgərləri xüsusilə Lazkiyə vilayətinə daxil olan Curin, Sulunfe Təpəsi, Salma və Rabia ərazilərində, eləcə də Ximeymimdəki hərbi bazasında yerləşir. Bununla yanaşı, Şam, Hama, Humus və Haseke bölgələrində də Rusiya əsgərləri var.


Məlumata görə, Rusiya Suriyaya girəndən indiyə qədər 109 əsgərini itirib. 109 əsgərin bir qismi cəbhə xəttində və xüsusi əməliyyatlarda, bir qismi isə helikopterlərin vurulması nəticəsində öldürülüb.


Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 2015-ci ilin 28 mayında imzaladığı sərəncamla sülh dövründə həyatını itirən əsgərlərin ölüm səbəbləri dövlət sirri olaraq saxlanılır. Eyni zamanda, xüsusi əməliyyatlar zamanı həyatını itirən rus əsgərləri haqqında məlumat vermək də qadağandır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm