İran Londondakı neft konfransında iştirakdan məhrum oldu
Bizi izləyin

Dünya

İran Londondakı neft konfransında iştirakdan məhrum oldu

İran xarici investorlar üçün neftçıxartma üzrə yeni müqavilələrin şərtlərini elan etmək məqsədilə fevralın 21-də Londonda keçiriləcək konfransda iştirak edə bilməyəcək.

Publika.az-ın məlumatına görə, bu barədə “Reuters” yüksək vəzifəli İran məmuruna istinadən xəbər yayıb. Buna səbəb kimi vizaların alınmasında ləngimələrin olması göstərilir.

"London konfransında iştirak məsələsi ləğv olunub. Çünki Britaniyanın Tehrandakı səfirliyi vizaları İran şirkətlərinin nümayəndələrinə verə bilməyib" – deyə məmur bildirib.

Qeyd edək ki, London konfransında İranın ən böyük qərb şirkətləriylə bir neçə ticarət-iqtisadi razılaşmaları imzalayacağı güman edilirdi. Bu sazişlər daha əvvəl beynəlxalq sanksiyaların rejimiylə məhdudlaşdırılmışdı.

İranın Milli Neft Şirkətinin direktorunun müavini isə bildirib ki, mayda xarici şirkətlər neft sazişləri imzalamaq üçün Tehrana dəvət ediləcəklər.

Yeri gəlmişkən, indi fransız şirkətləri daha çox İranla müqavilələrin imzalanmasında maraqlıdırlar. Bir müddət əvvəl 130 fransız biznesmeni İrana işgüzar səfərə gəlmişdi.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm