Məşhur analitik Fukuyama Rusiyanın məhv olacağı günü açıqladı - ŞOK
Bizi izləyin

Dünya

Məşhur analitik Fukuyama Rusiyanın məhv olacağı günü açıqladı - ŞOK

“Radikal müsəlmanlar İŞİD-i yaratmaqla liberal demokratiyanın siyasi alternativinə nail olmaq istəyirlər”.

Publika.az xəbər verir ki, bu barədə məşhur amerikalı politoloq Frensis Fukuyama deyib.

Onun sözlərinə görə, İŞİD-lə Rusiyanı eyniləşdirənlər səhv edir: “Çünki Vladimir Putin radikal müsəlmanları qəbul etmir. Amma bu gün onun özü də liberal demokratiyaya alternativ yaradır. Buna “putinizm” də deyə bilərik. Bu model Rusiyanı möhkəm saxlayır. Lakin Rusiyanın iqtisadiyyatı energetikadan asılı model olaraq inkişaf edib və bu model indi dağılır”.

F. Fukuyama düşünür ki, Rusiyanı gözləyən çətin günlər hələ qabaqdadır.

“Ən azı önümüzdəki 10 ildə Rusiya iqtisadiyyatı enmə ilə davam edəcək və buna rusların dözüb-dözməyəcəyi sual altındadır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “Tarixin sonu və son insan” əsəri ilə məşhurlaşan F. Fukuyamanın indiyə qədər bir çox proqnozu doğru çıxıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm