Mədənçilər 36 gün sonra xilas edildi
Bizi izləyin

Dünya

Mədənçilər 36 gün sonra xilas edildi

Çinin şimalındakı Şandun əyalətində meydana gələn mədən qəzasında dağıntılar altında qalan dörd işçi 36 gün sonra xilas edilib.

Publika.az xairici mediaya istinadən xəbər verir ki, xilasetmə işləri Çinin Mərkəzi Televizyasında canlı yayımlanıb.

200 metr dərinlikdəki çuxurdan çıxarılan mədən işçiləri ərazidə gözləyən təcili yardımla xəstəxanalara çatdırılıblar.

Hadisə ötən il dekabrın 25-də baş verib. Mədən uçan zaman içəridə 29 işçi olub. Onlardan 11-i dərhal çıxarılıb, 1 nəfər ölüb, daha 13 nəfər isə itkin elan olunub. 4 şaxtaçı 200 metr dərinlikdə sağ qalıb.

Gips mədəni çökəndən sonra mədənin sahibi intihar edib. Daha bir neçə rəhbər şəxs isə istintaqa cəlb olunub.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm