Nazirin evinə hücum oldu
Bizi izləyin

Dünya

Nazirin evinə hücum oldu

Yunanıstanın baş naziri Alexis Çiprasın sözçüsü və nazir Alekos Flabourarisin Afinadakı evinə "molotov kokteyli" ilə hücum olub.

Publika.az xəbər verir ki, şəxsiyyəti məlum olmayan şəxslər A.Flabourarisin evinə 10 ədəd "molotov kokteyli" atıb. Nazirin evinin qarşısında olan maşını yanıb.

Hadisədən sonra açıqlama verən polis bildirib ki, evə maddi zərər dəysə də, xəsarət alan olmayıb.

Hökumət sözçüsü Olqa Gerovasili isə hadisədən sonra açıqlamasında “Bizi heç kim qorxuda bilməz”, - deyə bəyan edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm