11,8 milyon dollar rüşvət almış məmurun məhkəməsi başladı
Bizi izləyin

Dünya

11,8 milyon dollar rüşvət almış məmurun məhkəməsi başladı

Çinin Quançjou şəhərinin keçmiş meri 11,8 milyon dollar rüşvət almaqda ittiham edilir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çao Çzyanlyao 76,96 milyon yuan (11,8 milyon dollar) rüşvət almaqda müqəssir bilinərək məhkəmə qarşısına çıxarılıb.

Proses Şençjen şəhərinin orta pilləli Xalq Məhkəməsində keçirilir. Prokurorluğun ittihamına görə o, torpaq və şəhərsalma, mühəndislik işlərinin idarəçiliyində xidməti səlahiyyətlərindən sui-istifadə edib. Keçmiş məmur məhkəmənin birinci iclasında günahını boynuna alıb.

Qeyd edək ki, Çində ölkə rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə 2012-ci ildə başlayıb. İndiyə qədər bir neçə yüksək vəzifəli məmur, hərbçi həbs edilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm