Fırıldaqçılıqda şübhəli bilinən prezident öldü
Bizi izləyin

Dünya

Fırıldaqçılıqda şübhəli bilinən prezident öldü

Salvadorun böyük həcmdə pul fırıldaqçılığında şübhəli bilinən sabiq prezidenti ölüb.

Publika.az bildirir ki, komada olan sabiq prezident Fransisko Flores şənbə günü axşam 56 yaşında vəfat edib.

"Frans Press"in xəbərinə görə, bu barədə Florensin prezidentlik illərində üzvü olduğu Millətçi Respublika Birliyi müxalifət partiyasının rəsmi "Twitter" səhifəsində məlumat verilib.

"Biz keçmiş prezident Fransisko Floresin vəfatı ilə əlaqədar heyifslənir və onun ailəsinə bu ağır gündə başsağlığı veririk", -tvitdə deyilir.

Qeyd edək ki, Flores bir müddət əvvəl evində huşsuz vəziyyətdə aşkar olunaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun koma vəziyyətinə düşdüyünü və bunun nevroloji pozuntular səbəbi ilə geriqayıtmaz xarakter daşıdığını bildirmişdilər.

Flores Salvadora 1999–2004-cü illərdə prezidentlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm