Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb
Bizi izləyin

Dünya

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrovun adından MDB ölkələrinin Moskvada akkreditə olunmuş səfirləri üçün ənənəvi səhər yeməyi təşkil olunub. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Rusiya XİN-in mətbuat xidmətinin məlumatına görə, görüş zamanı bu ölkənin xarici siyasət idarəsinin rəhbəri MDB formatında inteqrasiya proseslərinin, Birliyin nizamnamə və yerli orqanlarının işinin təkmilləşdirilməsi yolu ilə MDB-nin müasir dünyanın reallıqlarına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. S.Lavrov qeyd edib ki, 25 il ərzində MDB dövlətlərarası qarşılıqlı fəaliyyətə dair ən mühüm məsələləri səmərəli şəkildə həll etməyə qadir nüfuzlu beynəlxalq təşkilata çevrilib. Rusiyalı nazir aktual problemlərlə bağlı ölkəsinin prioritetlərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm