Dünya
“Türkiyəyə 8 raket atdırarıq " - Müharibə başlayır?
Bələdiyyə seçkilərinə bir neçə gün qalmış internetdə yayılan son səs qeydi Türkiyəni beynəlxalq arenada çətin vəziyyətə sala bilər.
Publika.Az – ın verdiyi xəbərə görə, “YouTube”də yayılan son səs qeydində Suriya ilə müharibə barədə danışılır.Səs qeydinin xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin Milli İstixbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu iddia olunur. Adı çəkilən şəxslərə aid olduğu iddia edilən səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılır. Səs qeydində xarici işlər naziri Ə.Davutoğlu baş nazir Rəcəb Təyyib Ərdoğanın Süleyman Şah Türbəsini imkan olaraq qiymətləndirilməsinin lazım olduğunu söyləyir. Adı çəkilən şəxslər lazım gələrsə, seçki öncəsi Suriya ilə müharibəyə başlaya biləcəyi barədə danışır.
MİT rəhbəri H.Fidana aid olduğu iddia olunan səs isə “Lazım gələrsə, Suriyaya dörd adam göndərərəm. Türkiyəyə 8 raket atdıraraq müharibə üçün səbəb hazırlayaram, Süleyman Şah Türbəsinə də hücum etdirərik” deyir.
Xarici İşlər Nazirliyinin məsləhətçisi F.Sinirlioğluya olduğu iddia edilən şəxsin “Milli təhlükəsizliyimiz son dərəcə ucuz bir daxili siyasət aləti halına gəldi” dediyi eşidilir.
Ömər Dağlı
-
Region00:30
İran xüsusi təyinatlıları içində Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 19 May 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region19 May 20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO