Ziyarətgahda ölənlərin sayı 60-a çatdı
Bizi izləyin

Dünya

Ziyarətgahda ölənlərin sayı 60-a çatdı

Suriya paytaxtı Dəməşqin yaxınlıqlarındakı şiə ziyarətgahında həlak olanların sayı 60 nəfərə çatıb. Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror aksiyasının məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb.

Dəməşqin Sayidə Zeynəb məhəlləsində şiə ziyarətgahı yaxınlığında avtomobilin partladılmasında sonra xilasedici heyət hadisə yerinə gələn zaman yenidən iki intiharçı hücumu həyata keçirilib.

AFP-nin məlumatına görə, əsasən şiələrin yaşadığı şəhərdə həyata keçirilən hücum zamanı ölənlər arasında şiə döyüşçülər də var. Ötən illərdə bu ərazi bir neçə dəfə bomba hücumlarına məruz qalıb.

Zorakılıq BMT xüsusi elçisi Staffan de Misturanın Cenevrədə Suriya əsas müxalifəti ilə görüşdüyü vaxta təsadüf edib. Mistura Suriya fraksiyalarını 5 ilə yaxındır davam edən vətəndaş müharibəsini siyasi yolla həll etmək üçün danışıqlara dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm