Rusiyanın komitə sədri: “Əsəd İŞİD-in paytaxtını geri almaq üzrədir”
Bizi izləyin

Dünya

Rusiyanın komitə sədri: “Əsəd İŞİD-in paytaxtını geri almaq üzrədir”

“Yaxın günlərdə Suriya prezidenti Bəşər Əsədin ordusu İŞİD terror təşkilatının özünə paytaxt elan etdiyi Rakka şəhərini geri alacaq”.

Publika.az xəbər verir ki, bu bəyanatla Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov çıxış edib.

O bildirib ki, Əsəd ordusu artıq Rakka şəhərini geri almaq üzrədir.

Ötən həftə Cenevrədə Suriya böhranının həlli ilə bağlı keçirilməsi gözlənilən görüşün təxirə salındığını diqqətə çatdıran A.Puşkov qeyd edib ki, görüşün baş tutmamasına səbəb müxalifət olub: “Suriya müxalifəti həm görüşmək istəyir, həm də istəmir. Bəzi şərtlər irəli sürür, daha sonra geri çəkilir. Müxalifət boş-boş gün keçirən zaman Əsəd hərbçiləri İŞİD-lə döyüşür və yaxın günlərdə Rakkanı terrorçuların işğalından azad edəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm