Türkiyədə PKK üçün döyüşən Serbiya vətəndaşı tutuldu
Bizi izləyin

Dünya

Türkiyədə PKK üçün döyüşən Serbiya vətəndaşı tutuldu

Ötən gün Türkiyə silahlı qüvvələri tərəfindən PKK-ya qarşı keçirilən hərbi əməliyyatlar zamanı bir nəfər Serbiya vətəndaşı olan snayper tutulub.

Publika.az xəbər verir ki, məsələni araşdırmaq üçün Türkiyənin Xarici İşlər Nazirliyi Serbiyanın Ankaradakı səfirliyindən bu məsələ ilə əlaqədar izahat tələb edib.

Daha sonra Serbiyanın Ankaradakı səfirliyi bəyanat yayıb. Həmin bəyanatda deyilir ki, Serbiya Respublikası öz vətəndaşlarının 3-cü ölkələrdə gedən müharibə və ya döyüşlərə qatılmasını şiddətlə qınayır və buna qarşı çıxır: “Bu cür halların qarşısını almaq və 3-cü ölkələrdə döyüşən şəxsləri ağır cəzalandırmaq üçün Serbiya parlamenti tərəfindən müvafiq qanun qəbul edilib. Bu baxımdan da Türkiyə mediasında Serbiya hökumətinə qarşı yayılan iddiaları heç bir şəkildə qəbul etmirik. Bu cür halların Serbiya dövlətinin rəsmi addımı və siyasəti kimi qiymətləndirmək yolverilməzdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm