• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Kommunistlərdən Türkiyə ilə bağlı ŞOK TƏKLİF

  • Dünya
  • 1 Fevral 2016 10:30
  • 2 725 Baxış
Kommunistlərdən Türkiyə ilə bağlı ŞOK TƏKLİF

Rusiya Kommunist Partiyası Türkiyənin terrorizmə kömək edən ölkə kimi tanımasını təklif edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu təklifi partiyanın Mərkəzi Komitəsinin katibi Sergey Obuxov dilə gətirib.

“Ölkəmizə qarşı müharibə elan etmiş “İslam dövləti” qruplaşmasının döyüşçüləri ilə Ankaranın cinayətkar əlaqələrinin təkzibedilməz sübutlarını nəzərə alaraq, Türkiyənin terrorizmə kömək edən ölkə kimi tanınması prosesinə təşəbbüs etmək lazımdır”, - Obuxov hesab edir.

Bundan əvvəl isə “Kommersant” nəşri iddia edib ki, “Koqalımavia” aviaşirkətinin “Airbus A321” təyyarəsinin Misirin Sinay yarımadası üzərində partladılmasına “Boz qurdlar” qruplaşmasının döyüşçüləri cəlb oluna bilər. Kommunist deputatın fikrincə, əgər məlumatlar təsdiqlənərsə, “Boz qurdlar” terror təşkilatı kimi tanınmalı və fəaliyyəti Rusiya ərazisində qadağan edilməlidir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR