Ukrayna BÖYÜK MÜHARİBƏYƏ qoşulur
Bizi izləyin

Dünya

Ukrayna BÖYÜK MÜHARİBƏYƏ qoşulur

Ukrayna İŞİD terror qruplaşması ilə mübarizə üçün ABŞ-a kömək təklif edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna hökumətindəki mənbəyə istinadən “Independent” nəşri bildirib.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyi tərəfindən hazırlanan sənəd bu həftə ABŞ Müdafiə Nazirliyinin başçısı Ketrin Eştonla müzakirə ediləcək.

“İŞİD-ə qarşı mübarizədə bizim dəstəyimizlə bağlı bir sıra variantlar hazırladıq. Bu, Rusiya ilə mümkün toqquşmalara gətirib çıxara bilər”, - Ukrayna hökumətindəki mənbə deyib.

Bununla belə, bəzi ekspertlər hesab edirlər ki, Ukrayna öz diqqətini daxili problemlərə cəmləməlidir. Onlar bildirirlər ki, təmas xəttində nisbi sakitliyə baxmayaraq, separatçılar daimi təhlükə olaraq qalır. Ekspertlərin fikrincə, Yaxın Şərqdəki münaqişənin həlli üçün hərbi köməyin göstərilməsi Ukraynaya əlavə problemlər gətirə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm