• USD 1,7000 0,00% EUR 1,8744 +0,23%
    • GBP 2,1898 +0,35% RUB 0,0266 +0,75%

Kadırov müxalifət liderini snayperlə “nişan” aldı

  • Dünya
  • 1 Fevral 2016 14:52
  • 1 334 Baxış
Kadırov müxalifət liderini snayperlə “nişan” aldı

Rusiyanın PARNAS müxalifət partiyasının lideri Mixail Kasyanov və jurnalist Vladimir Kara-Murza Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovdan şikayət edəcəklər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, buna çeçen liderin “Instagram” səhifəsində yerləşdirdiyi montaj video səbəb olub.

Həmin videoda müxalifət siyasətçisi snayper tüfənginin optik nişanında təsvir edilib. “Kasyanov Rusiya müxalifəti üçün pul arxasınca Strasburqa gedib. Kim anlamadı, o anlayacaq!” - Çeçenistan Respublikasının başçısı videonu şərh edib.

Kara-Murza “Danışır Moskva” radiostansiyasına müsahibəsində bildirib ki, videonun ortaya çıxmasını cəzasızlığın birbaşa nəticəsi kimi qiymətləndirir. O əlavə edib ki, videonu qətlə təhrik hesab edir.

Jurnalist həmçinin qeyd edib ki, Mixail Kasyanov Janna Nemtsova və Vadim Proxorovla birlikdə Boris Nemtsovun qətli haqqında araşdırmaya nəzarətin qurulması məsələsini müzakirə etmək üçün Strasburqa - Avropa Şurasının Parlament Assambleyasının sessiyasına gediblər.

Rusiya insan hüquqları müdafiəçisi Lyudmila Alekseyeva isə videonu Kasyanovun həyatına birbaşa təhdid adlandırıb.

Kremldən isə bildiriblər ki, Kadırovun “Instagram” səhifəsini mütəmadi olaraq izləmirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, video haqqında KİV-dən xəbər tutub. “Biz haqqında söhbət gedən videoya baxacağıq”, - Peskov söz verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR