Münasibətlər gərginləşir: Rusiya qırıcıları Türkiyə sərhədində
Bizi izləyin

Dünya

Münasibətlər gərginləşir: Rusiya qırıcıları Türkiyə sərhədində

Rusiya Suriyadakı Xmeymim hərbi hava bazasına ən yeni qırıcılardan olan Su-35S-ləri göndərib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən “Kommersant” nəşri bildirib.

Nəşrin məlumatına görə, 4 ədəd Su-35S bir neçə gün əvvəl Həştərxandan qalxıb və Xəzər dənizi-İran-İraq marşrutu ilə bazaya çatıb. Su-35S qırıcıları Rusiyanın Hava-kosmik güclərinin istifadəsinə 2015-ci ilin payızında verilib. Qırıcılar konkret olaraq 303-cü qvardiya aviasiya diviziyasının 23-cü qırıcı aviasiya alayı və Şərq hərbi dairəsinin hava güclərinin tərkibinə daxil edilib.

“Kommersant”ın yazdığına görə, Xmeymim təyyarə bazasında Rusiya aviaqrupun tərkibi 70 təyyarə və vertolyotdan çoxdur.

Nəşr yazır ki, Suriyaya ən yeni qırıcıların göndərilməsi Rusiya bombardmançısı tərəfindən Türkiyənin hava məkanının növbəti dəfə pozulması haqqında Ankaranın bəyanatının fonunda həyata keçirilib. Ankaradan bildirilib ki, yanvarın 29-da Rusiyanın Su-34 təyyarəsi Türkiyənin hava məkanını pozub. Hadisənin konkret olaraq Suriya ilə sərhəd Qaziantep vilayətində baş verdiyi deyilir. Məlumata görə, Su-34-ün pilotuna rus və ingilis dillərində pozuntu barədə xəbərdarlıq edilib.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov iddianı rədd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm