• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Səddamın gizli xəzinəsi ortaya çıxdı

  • Dünya
  • 1 Fevral 2016 16:30
  • 4 375 Baxış
Səddamın gizli xəzinəsi ortaya çıxdı

İraq işğalı zamanı yoxa çıxan və Səddam Hüseynə aid olduğu iddia edilən milyonlarla dolların satılmasına başlanılıb.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, satış xüsusi bir şəbəkə vasitəsilə həyata keçirilir.

2006-cı ilin dekabr ayında edam edilən İraq prezidenti Səddam Hüseyn I Körfəz Müharibəsindən sonra ABŞ iqtisadiyyatını zəiflətmək üçün orijinala çox yaxın olan dollar çap etdirmişdi. 2004-cü il İraq işğalı zamanı həm Səddamın çap etdirdiyi dollar, həm də İraq Mərkəzi Bankındakı orijinal dollar əskinasları yoxa çıxmışdı.

“Hürriyyət” nəşrinin yazdığına görə, Səddam Hüseyn dövrünə aid olduğu iddia edilən bu pullar “xüsusi vasitəçilərin” köməyi ilə İordaniya-Suriya sərhədindəki bir evdə satışa çıxarılıb. Şəbəkə 3 milyon dollar dəyərindəki pulu bazarda 1 milyon dollara, yaxud da 920 min avroya satır.

Səddamın pulları ilə əlaqədar iddianı ortaya atan şəxs isə türk iş adamı İnan Taptıkdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR