İranda 100 milyardlıq sevinc
Bizi izləyin

Dünya

İranda 100 milyardlıq sevinc

İran sanksiyaların ləğvindən sonra 100 milyard dollara giriş əldə edib.

Publika.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyasına istinadən “The New York Times” bildirib.

İran hökumətinin mətbuat katibi Məhəmməd Nobaxt Baqerini bildirib ki, aktivlərin əsas hissəsi Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə banklarındadır.

Bundan başqa, İranın Mərkəzi Bankından bildiriblər ki, artıq doqquz İran bankı elektron pul hesablamaları üzrə beynəlxalq SWIFT sisteminə qoşulub.

Xatırladaq ki, İran üzərindəki beynəlxalq sanksiyalar yanvarın 16-da aradan qaldırılıb. Bundan əvvəl isə Beynəlxalq Atom Enerjisi üzrə Agentliyi (MAQATE) nüvə proqramının dondurulmasını nəzərdə tutan razılaşmanın bütün şərtlərinin İran tərəfindən yerinə yetirildiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm