
“Amerika əsgərlərinin tutulması və onların təhqir olunmuş şəkildə “Farsi” adasına köçürülməsi görüntüləri lentə alınıb və İranın əlində bir neçə saatlıq belə videolar var. Biz həmin görüntülərin yalnız bir neçə dəqiqəsini yaymışıq. Amerikalılar öz əsgərlərinin əlləri havada tutulması səhnələrindən çox narahatdılar. Onlar buna görə utanır, xəcalət çəkirlər”.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bunu İranın Dəniz Qoşunlarinin komandiri Əli Fətəvi deyib.
O, bildirib ki, amrikalılar öz xəbisliklərindən əl çəkməsələr, biz
onların əsgərlərinin təhqir olunmasını əks etdirən həmin videoları
yayacağıq: “Onlar gördükləri səhnələrdən qat-qat artıq utanıb
təhqir olacaqlar. Biz, həm də tutulan amerikalı əsgərlərin
kompüterlərindən və onların mobil telefonlarından minlərlə məlumat
əldə etmişik. Lazım olsa, vaxtı gələndə həmin məlumatları da yaya
bilərik”.
Xatırladaq ki, “Sepah”ın dəniz qüvvələri yanvarın 12-də səhvən İran
sularına daxil olan Amerikanın iki hərbi qayığını və içindəki 10
əsgərini tutub. Əsgərlər ABŞ dövlət katibi Con Kerrinin iranlı
həmkarı Məhəmməd Cavad Zərifə zəng vurmasından sonra azadlığa
buraxılıblar.
Məryəm