İŞİD-də “kadr” çatışmazlığı
Bizi izləyin

Dünya

İŞİD-də “kadr” çatışmazlığı

"İslam dövləti" (İŞİD) terror qruplaşması maaşların azlığına görə yeni dəstələrin formalaşdırılması problemi ilə üzləşib.

Publika.az ”RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

“The Independent” nəşri yanvarın 18-də İŞİD-in “Xəzinə”si tərəfindən dərc edilmiş sənədə istinadən döyüşçülərin maaşlarının iki dəfə azaldıldığını xəbər verib.

“İslam dövləti” xüsusi şəraitə görə bütün mücahidlərə ödənilən maaşın iki dəfə azaldılması barədə qərar verib. Bu qərar tutduqları mövqedən asılı olmayaraq hamıya aiddir”, - əmrdə deyilirdi.

“The Washington Post” nəşri də 5 dekabr 2015-ci il tarixində yazdığı xəbərində İŞİD-in maliyyə problemlərindən bəhs edib. Nəşrin məlumatına görə, qruplaşma İraq və Suriya vətəndaşlarından toplanılan vergilərin artırılması hesabına büdcədə yaranan kəsiri bağlamağa çalışır. Dekabrın əvvəlində isə ABŞ-ın Dövlət Departamenti İŞİD-in neft satışından gündəlik gəlirinin 1-1,5 milyon dollar təşkil etdiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm