Rusiya ilə bağlı Avropa Birliyinə müraciət edildi
Bizi izləyin

Dünya

Rusiya ilə bağlı Avropa Birliyinə müraciət edildi

Almaniya kansleri Angela Merkel Avropa Birliyinə müraciət edərək qurumu Rusiyaya qarşı sanksiyaları ləğv etməməyə çağırıb.

Merkel deyib ki, Rusiya Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasını tam yerinə yetirməyincə sanksiyaların tətbiqi davam etməlidir.

Merkel bu bəyanatı Ukrayna prezidenti Petro Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransındakı çıxışı zamanı açıqlayıb.

Ukrayna prezidenti də Rusiyaya qarşı sanksiyaları saxlamasının qatı tərəfdarı olduğunu bildirib.

Merkelin sözlərinə görə, o, Poroşenko ilə 2016-cı ildə Ukraynaya yeni maliyyə yardımının genişləndirilməsini də müzakirə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm