Ərdoğan məğlub olmaqdansa... – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Ərdoğan məğlub olmaqdansa... – ŞOK PROQNOZ

“Ərdoğan Suriyaya müdaxilə edə bilər”.

Publika.az xəbər verir ki, bu iddia ilə "“The İndependent" qəzetinin Yaxın Şərq üzrə ixtisaslaşan müxbiri Patrik Kokbörn çıxış edib.

Suriyadakı tarazlığın Əsədin lehinə dəyişdiyini, kürdlərin isə Türkiyə sərhədini ələ keçirmək üzrə olduğunu yazan müxbir hesab edir ki, prezident Rəcəb Tayyib Ərdoğan məğlub olmaqdansa, müdaxiləni seçə bilər.

Onun sözlərinə görə, Su-24 təyyarəsinin vurulmasından bir ay əvvəl – 2015-ci ilin oktyabr ayında Rusiya hərbi kəşfiyyatı prezident Vladimir Putini Türkiyə ilə bağlı xəbərdar edib. Lakin Putin bu xəbərdarlığı diqqətə almayıb.

“Koreya müharibəsindən bu yana ilk dəfə bir rus döyüş təyyarəsi NATO-ya bağlı hərbi güc tərəfindən vuruldu. Bu hadisə əhəmiyyətli idi. Çünki, hadisə Türkiyənin Suriyada mövqeyini qorumaq üçün nə qədər irəli gedə biləcəyini göstərdi. Qarşıdakı bir neçə ay ərzində baş verəcək hadisələr Suriyada uzunmüddətli qalibin kim olacağını müəyyənləşdirəcək. Bəşər Əsədin gücləri rus çətiri altında bir neçə cəbhədə irəliləyib. Rəcəb Tayyib Ərdoğanın Əsədin devrilməsi ilə bağlı planı isə məğlubiyyətlə üz-üzədir”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm