Rusiya Avropaya qarşı “hibrid müharibə”ni necə aparır? - İTTİHAM
Bizi izləyin

Dünya

Rusiya Avropaya qarşı “hibrid müharibə”ni necə aparır? - İTTİHAM

“Rusiya yalnız Ukraynaya qarşı deyil, həm də Avropa Birliyinə qarşı “hibrid müharibəsi” aparır”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Avropa və Baltikyanı ölkələrin parlament başçıları ilə görüşdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Turçinov vurğulayıb ki, Suriyanın Rusiya tərəfindən bombalanması mülki infrastrukturun məhvinə səbəb olur və nəticədə Qərbə istiqamətində miqrasiya dalğası yaranır: “Nəticədə Avropa Birliyi ölkələrinə silah və terrorçular düşür, sonda isə ictimai-iqtisadi qeyri-stabillik ortaya çıxır”.

O, əlavə edib ki, Rusiya Ukrayna barəsində təcavüzkar planlarından imtina etməyib və ölkəsi ilə sərhəddə hərbi gücünü artırmaqda davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm