ABŞ “Maqnitsk siyahısı”nı genişləndirir
Bizi izləyin

Dünya

ABŞ “Maqnitsk siyahısı”nı genişləndirir

ABŞ Dövlət Departamenti Maqnitsk siyahısı”nı genişləndirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin əməkdaşı Eli Leyk Dövlət Departamentindəki şəxsi mənbələrinə istinadən yazıb.

Nəşr bildirir ki, Dövlət Departamenti fevralın əvvəlində siyahıya beş nəfərin adını əlavə etməyi planlaşdırır. Sanksiyaların məhz kimlərə toxunacağı barədə isə məlumat verilməyib. Məqalə müəllifinin sözlərinə görə, dövlət katibi Con Kerri siyahının genişləndirilməsini yanvarın 29-da elan etməli idi, ancaq siyahı ilə bağlı yaranan əlavə məsələlərə görə bunu etməyib.

ABŞ Konqresi 2012-ci ilin dekabrında “Maqnitsk Qanunu”nu qəbul edib. Sənəd 2009-cu ildə hüquqşünas Sergey Maqnitskin ölümünə cəlb olunduğu ehtimal olunan şəxslərə qarşı yönəlmişdi. Hazırda “Maqnitsk siyahısı”nın açıq hissəsində 34 şəxsin adı var.

Qeyd edək ki, “Hermitage” fondunun keçmiş auditoru, hüquqşunas Sergey Maqnitsk 2009-cu il noyabrın 16-da Rusiyada istintaq təcridxanasında öldürülüb. O, vergidən yayınmaqda ittiham edilərək tutulmuşdu. Bu hadisəyədək isə Maqnitsk Rusiya dövlət büdcəsinin güc strukturları tərəfindən talan edildiyi faktını açıqlamışdı.

Rusiya isə 13 aprel 2013-cü ildə “Maqnitsk siyahısı”na cavab verib. Moskvanın hazırladığı sənəd qeyri-rəsmi olaraq “Quantnamo siyahısı” adını aldı. ABŞ və Rusiya paritetə əməl edir. Belə ki, hər iki sənəddəki şəxslərin sayı eynidir. Əgər siyahılardan birində dəyişiklik edilirsə, bu dəyişiklik dərhal qarşı tərəfin siyahısında özünü göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm