
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb. Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ayub Salang məlumat verib.
Partlayışı intiharçə fevralın 1-də parlament və polis binasının ətrafında törədib. O, polis idarəsinə girmək üçün növbəyə durubmuş. Həmçinin partlayış nəticəsində azı 20 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.