Tramp seçkini uduzdu
Bizi izləyin

Dünya

Tramp seçkini uduzdu

Texas senatoru Ted Kruz respublikaçıların Ayova ştatında keçirilən nominasiya seçkisində qalib gəlib.

CNN müxbirləri xəbər verirlər ki, namizədlik kampaniyasında indiyədək şəriksiz lider olan Donald Trampın məğlubiyyəti eyni zamanda ümumi siyasət qanunlarının etibarlığını isbat edib.

Xəbər verilir ki, Ayova ştatında keçirilən ilkin namziəd nominasiyasında da Tramp bundan əvvəlki kampaniyada olduğu kimi əsas etibarilə şəxsi populyarlığına arxalanırdı.

CNN bildirir ki, Trampın “böyük fərdiyyətçiliyi”, sosial mediada fəallığı və izdihamlı mitinqləri Kruzun ənənəvi siyasi yanaşması qarşısında gücsüz görünüb.

Ted Kruz bu ştatda aylardır ki, əsas etibarilə dindar seçicilər arasında kampaniya aparırdı.

Bu qələbə respublikaçıları bir də ona görə ruhlandırıb ki, bu, Ronald Reyqandan bu yana onların “öz partiyadaşlarının” uğuru olub.

Siyasətçilik populyarlığa qalib gəlib.

Kruz bu seçkidə səslərin 28, Tramp 24 və gözlənilmədiyi halda Marko Rubio 23 faizini yığa bilib.

Demokrat namizədlərin eyni ştatda keçirilən seçkisində Hillari Klinton kiçik fərqlə Berni Sandersi qabaqlayır.

Xanım Klinton səslərin 50, Sanders isə 49 faizini toplayıb, lakin burada səslərin hamısı sayılmayıb.

Amerika mediasının əsas diqqəti Donald Trampla Ted Kruzun rəqabətinə yönəlmişdi və CNN bildirir ki, Kruzun qələbəsi təşkilatçılıq və təşviqatçılığın, populyarlıq və fərdiyyətçilik üzərində qələbəsi kimi qiymətləndirilə bilər.

Maraqlıdır ki, hələ bazar ertəsi keçirilən rəy sorğuları Trampın Ayovada qəti qələbə qazanacağını və “respublikaçıların arasına vəlvələ salacağını” göstərirdi.

Seçki nəticələri elan edildikdən sonra Donald Tramp indiyədək ən qısa çıxışını edib. O bildirib ki, mübarizəni davam etdirəcək.

Bununla belə, Ayovada partiyadaxili seçkilər həmişə gözlənilməz nəticələr verib və bu dəfə də belə olub ("Azadlıq" radiosu).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm