Dünya
Müxalifət əsas şərtləri açıqladı: Əfv, mühasirə, Rusiya...
Cenevrədə fevralın 1-də rəsmən başlayan Suriya üzrə sülh danışıqları davam edir.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan de Mistura bu gün Suriya hökuməti və müxalifət nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Dünən isə Suriya müxalifətinin nümayəndələri üç əsas şərti açıqlayıb. Bildirilib ki, münaqişənin nizama salınması bu şərtlərin yerinə yetirilməsindən asılıdır. Bunlar məhbusların azad edilməsi, mühasirənin aradan qaldırılması və Rusiya aviazərbələrin dayandırılmasıdır. Suriya müxalifətinin şərtlərini Suriya danışıqları üzrə müxalifətin Ali Komitəsinin mətbuat katibi Salim al-Muslat Cenevrədə jurnalistlərə açıqlayıb.
O qeyd edib ki, Stefan de Mistura ilə bazar ertəsi keçirilən görüşün gedişatında Suriya münaqişənin sülh yolu ilə nizamlanmasına dəstək olaraq ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 saylı qətnamədə yer alan məsələləri müzakirə edib. Salim al-Muslat xatırladıb ki, münaqişənin həllinin əsas şərtləri - şəhərlərin mühasirədən çıxarılması, məhbusların azad edilməsi və mülki əhaliyə hücumların dayandırılması qətnamədə də əksini tapıb.
Fevralın 1-də Cenevrəyə Suriyanın müxalifətinin nümayəndə heyətinin əsas elçisi – “Ceyş al-İslam” qruplaşmasının lideri Məhəmməd Alluş gəlib. Suriya danışıqları üzrə müxalifətin Ali Komitəsi “Axrar aş-Şam” və “Ceyş al-İslam” qruplaşmalarını mötədil müxalifət hesab edir. Qruplaşmalar Suriya münaqişəsinin nizama salınması üzrə siyasi prosesdə iştirak etməyə razılaşıb. Halbuki, sözügedən qruplaşmalar Rusiyada ekstremist hesab edilir və fəaliyyəti qadağan olunub.
“Bu insanların hamısı suriyalılardır. Onlar əcnəbi deyillər. Onlar ekstremistlər deyillər. Əgər onlar ekstremist olsaydılar, heç vaxt siyasi prosesdə iştirak etməyə razılaşmazdılar. Bu çox əhəmiyyətlidir. Necə xarakterizə olunmasından asılı olmayaraq, onlar bizim üçün mötədil müxalifətdir”, - Salim al-Muslat deyib.
Daha əvvəl Suriya və Rusiya hakimiyyətləri “Ceyş al-İslam”ın danışıqlarda iştirakına qarşı çıxırdı.
Stefan de Mistura tərəfləri təmkinliliyi saxlamağa, kəskin bəyanatlardan çəkinməyə çağırıb.
Moskva danışıqlarda kürdlərin iştirakında təkid edir. Rusiya əvvəlki kimi hesab edir ki, Suriya münaqişəsi üzrə bütün bağlı məsələlər kürdlərin maraqlarını nəzərə alaraq həll edilməlidir. Rusiya xarici işlər nazirinin müavini bildirib ki, amerikalılar da prinsip etibarilə Moskvanın fikrini bölüşürlər.
“Onlar da hesab edirlər ki, bu məsələ danışıqların sonrakı mərhələlərində həll edilməlidir. Kürdlər Suriya müxalifətinin çox əhəmiyyətli hissəsidir. Onlar Suriya ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edirlər və ciddi siyasi təsirə malikdirlər”, - nazir müavini xatırladıb.
Bu gün Rusiya, ABŞ və BMT-nin iştirakı ilə üçtərəfli görüşün də keçiriləcəyi gözlənilir.
Ömər Dağlı
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər