• USD 1,7000 0,00% EUR 1,8744 +0,23%
    • GBP 2,1898 +0,35% RUB 0,0266 +0,75%

Təhlükəsizlik Xidməti iki azərbaycanlını tutdu – BU ÖLKƏDƏ

  • Dünya
  • 2 Fevral 2016 14:30
  • 1 295 Baxış
Təhlükəsizlik Xidməti iki azərbaycanlını tutdu – BU ÖLKƏDƏ

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Çelyabinsk vilayəti üzrə əməkdaşları Gürcüstan vətəndaşı olan iki azərbaycanlı qardaşı saxlayıblar.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidmətindən bildirilib.

Adı açıqlanmayan və heç bir yerdə işləməyən qardaşlar 2014-cü ildə Rusiya ərazisinə qanunsuz daxil olublar. Ölkədən çıxarılan 39 və 42 yaşlı iki qardaşın 5 il ərzində Rusiya ərazisinə girişi qadağan edilib. Ancaq onlar Gürcüstanda pasportları dəyişdirərək yenidən Rusiyaya qayıdıblar.

Çelyabinskdə Azərbaycan diasporunun rəhbəri ilə görüşən qardaşlar Rusiya vətəndaşlığını almağa ümid edib. Lakin FTX-nin əməkdaşları azərbaycanlıları saxlayıb.

Çelyabinsk vilayətinin Troisk rayon məhkəməsi qardaşları Rusiya Cinayət Məcəlləsinin (“bir qrup insanın Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçməsi”) 322-ci maddəsinin 3-cü bəndi ilə günahkar hesab edib. Himayəsində həddi-buluğa çatmamış uşaqların olmasını nəzərə alan məhkəmə qardaşları 6 ay müddətinə azadlıqdan məhrum edib. Onlar cəzasını ümumi rejimli kolonda çəkəcəklər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR