Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir – STATİSTİKA
Bizi izləyin

Dünya

Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir – STATİSTİKA

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk etməsini bu ölkənin Milli Statistika Komitəsi də təsdiq edir.


Publika.az Ermənistanın rəsmi statistik məlumatlarına əsaslanaraq, əhalinin bu ölkəni tərk etməsi hallarını araşdırıb.


2016-cı il yanvarın 1-nə olan statistik məlumatlara görə, Ermənistan əhalisi 2015-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 12 min nəfər azalıb. Son 5 ildə isə ölkəni tərk edən insanların rəsmi sayı 35,9 mindir. 1991-ci ilin rəqəmləri ilə müqayisədə isə əhalinin sayında 634,700 min azalma müşahidə olunub.


2015-ci ildə Ermənistanda şəhər əhalisinin sayı 1,9074 min olub. Əhalinin əksəriyyəti İrəvanda yaşayır. Son bir ildə İrəvan əhalisi də 5,5 min insan azalıb. Lakin onlar regionlara deyil, xaricə üz tutublar. Kənd yerlərində əhalinin ümumi sayı isə 1,0912 mindir. Rəsmi məlumata görə, son bir ildə kənd əhalisi də 6,5 minə qədər azalıb.


Ermənistan əhalisinin demoqrafik artımında da ciddi problemlər müşahidə olunur. Belə ki, 2015-ci ildə yeni doğulan uşaqların sayı 2014-cü illə müqayisədə 2,8 faiz azalaraq, 41,815 təşkil edib. Həmin dövrdə ölüm halları isə 27,835 min olmaqla 4 faiz artıb. 2015-ci ildə Ermənistanda ümumilikdə ölüm halları doğum halları ilə müqayisədə 1,5 dəfə çox olub. Əhalinin təbii artımı son bir ildə 8,7 faiz azalıb.


Qeyd edək ki, bu Ermənistan hökumətinin rəsmi məlumatıdır və itkilərin dəqiq göstərildiyinə heç kim zəmanət vermir.

Rusiyanın “oximity.com” saytı isə təkcə Rusiyada iki milyondan çox erməninin yaşadığını yazıb. Sayt bunu bir müddət əvvəl Vladimir Putinin Rusiyanın erməni ittifaqlarının rəhbərləri ilə görüşündəki sözlərinə istinadən bildirib.

Putin həmin görüşdə Rusiyada ən azı 2 milyon erməninin yaşadığına işarə etmişdi.


“Təkcə 2015-ci ildə Ermənistanı 47 min insan həmişəlik tərk edib. Ölkəni tərk edənlərin sayı 2014-cü ildə 47 min 74 nəfər olmuşdu. 18409 insan ölkəni hava yolu ilə birdəfəlik tərk edib”, - deyə sayt yazıb.


Sayt, eyni zamanda, maraqlı bir məqama toxunur. Yazır ki, Dağlıq Qarabağa köçürülən ermənilər bu ərazilərdə yaşamaq istəmirlər və onlar kütləvi sürətdə İrəvana daşınırlar. Daha sonra isə paytaxtdan Ermənistanı quru və hava yolları ilə tərk edirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm