Karbon qazını spirtə çevirəcəklər
Bizi izləyin

Dünya

Karbon qazını spirtə çevirəcəklər

Alimlər karbon qazını spirtə çevirməyə nail olublar. ABŞ-ın Cənubi Kaliforniya Universitetinin bir qrup kimyaçı-alimi nəfəs ilə havaya buraxılan karbon qazının metil spirtinə çevirmək istiqamətində bəzi tədqiqatlar aparıb.

Publika.az xəbər verir ki, yeni sistem atmosferdə karbon qazının miqdarını təhlükəsiz səviyyədə saxlamağı təmin etməklə yanaşı, planetimizdə "parnik effekti" problemini aradan qaldıracaq.

İlkin sınaqların nəticələrinə görə, alimlər tərəfindən istifadə edilən karbon qazının təxminən 79%-i metil spirtinə çevirilib.

Hazırda alimlər karbon qazının metil spirtinə daimi emalı üçün xüsusi cihazın yaradılması üzərində işlər aparırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm