İrandan ruslara rədd cavabı: tanklarınızı istəmirik
Bizi izləyin

Dünya

İrandan ruslara rədd cavabı: tanklarınızı istəmirik

“İran Rusiyanın T-90 tanklarına ehtiyac duymur, çünki zirehli texnikanın şəxsi istehsalına ümid edir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın quru qoşunlarının komandanı, briqada generalı Əhməd-Rza Purdastan bildirib.

“Ölkənin imkanlarına əsaslanaraq, hazırda T-90 tanklarının əldə edilməsi istisna edilib. Biz zirehli texnikanı öz vətənimizdə istehsal etmək istəyirik. Ölkədə tankların istehsalı qaydaya salınıb”, - Purdastan deyib.

2015-ci ilin dekabrında isə iranlı general T-90 tanklarının alınması barədə başqa fikirlə çıxış etmişdi. O, bildirmişdi ki, Rusiyaya T-90 tanklarının qiymətləndirilməsi üçün hərbi ekspertlər qrupu yola düşəcək.

Rusiyanın müdafiə sənayesindəki mənbənin fikrincə, T-90 tanklarının istehsalı üzrə İrana lisenziya verilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm