PKK-çı millət vəkili Ərdoğanın şərtini rədd etdi
Bizi izləyin

Dünya

PKK-çı millət vəkili Ərdoğanın şərtini rədd etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyən Xalqların Demokratik Partiyasından (HDP) olan kürd millət vəkili Leyla Zana prezidentin irəli sürdüyü şərti geri çevirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkili Türkiyə Böyük Millət Məclisində yenidən and içməyəcəyini bildirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində noyabr ayında keçirilən andiçmə mərasimində qalmaqal baş verib. And içərkən mətndən kənara çıxaraq kürd dilində danışan HDP-nin Ağrıdan olan millət vəkili Leyla Zananın andı qəbul edilməyib. HDP-li millət vəkili anda başlamadan əvvəl kürd dilində “Şərəfli və əbədi bir sülh ümidi ilə” mənasını verən ifadəni, andın sonunda isə “Böyük türk milləti” ifadəsinin əvəzinə “Böyük Türkiyə milləti” ifadəsini işlədib.

İclasa sədrlik edən Dəniz Baykal Leyla Zanaya andın təkrarlanmalı olduğunu bildirib. Lakin Zana kürsüyə çıxmayıb.

Millət vəkili ötən ay Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini bildirib. Prezident isə Leyla Zanadan əvvəlcə and içməyi tələb edib.

Ərdoğan və Zana arasındakı görüşdə ölkənin cənubi-şərqdəki əməliyyatlar, Abdullah Öcalan ilə görüşlərin və PKK məsələsinin yenidən başlaması mövzularının müzakirə ediləcəyi gözlənilirdi.

Qeyd edək ki, 24 il əvvəl də parlamentdə and içmək üçün kürsüyə qalxan Leyla Zana eyni hərəkəti etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm