Ərdoğan: “Bu üç ölkə insanları birlikdə öldürür...” - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu üç ölkə insanları birlikdə öldürür...” - VİDEO

“Suriya, Rusiya və İran birlikdə insanları öldürürlər”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Karib hövzəsi və Latın Amerikası üçün iqtisadi komis­siyasının (Economic Commission for Latin America and the Caribbean - ECLAC) Çilinin paytaxtı Santyaqoda keçirilən toplantısında deyib.

Türkiyə prezidenti, Bəşər Əsəd rejiminin dinc insanlara qarşı həyata keçirdiyi qətliama İran və Rusiyanın dəstək verdiyini söyləyib.

“Əsəd rejimi dinc xalqa qarşı ballistik raketlər və kimyəvi silahlarla başladığı döyüşü daha da genişləndirərək davam etdirir. Yanında kimlər var? Rusiya və İran. Onlar birlikdə bu insanları öldürürlər”, - Ərdoğan bildirib.

O, Əsəd rejiminin 2011-ci ilin mart ayından öz xalqına qarşı terror həyata keçirdiyini və indiyə kimi 400 min insanın öldürüldüyünü vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm