Obama 7 milyard dollar tələb edir
Bizi izləyin

Dünya

Obama 7 milyard dollar tələb edir

ABŞ administrasiyası İŞİD terror qruplaşması ilə mübarizə üzrə kampaniyaya 2017-ci ildə ayrılan maliyyənin artırılmasına nail olmağa çalışır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi administrasiyadakı anonim məmurlara istinadən bildirib.

Məlumata görə, Barak Obama administrasiyası Konqresdən terrorçularla mübarizə üzrə xərcləri 7 milyard dollara qədər artırmağı xahiş edəcək.

ABŞ-ın 2017-ci il müdafiə büdcəsi layihəsi təxminən 583 milyard dollar nəzərdə tutulub. 2016-cı ildə ABŞ-ın qüvvədə olan müdafiə büdcəsi isə 607 milyard dollar təşkil edib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avropadakı güclərin genişləndirilməsi üçün 2017-ci ildə 3,4 milyard dollar xərcləməyi planlaşdırır. Bu isə eyni məqsəd üçün 2016-cı ildə ayrılan vəsaitdən dörd dəfə çoxdur. 2016-cı ildə Avropadakı güclərin genişləndirilməsi üçün 780 milyon dollar ayrılıb. Məmurların sözlərinə görə, Avropadakı güclərə ayrılan maliyyəni artırmaqla ABŞ NATO üzrə müttəfiqlərinə sədaqətini nümayiş etdirmək istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm