• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Rusiya və Türkiyə müharibənin bir addımlığında – ŞOK PROQNOZ

  • Dünya
  • 2 Fevral 2016 20:13
  • 4 841 Baxış
Rusiya və Türkiyə müharibənin bir addımlığında – ŞOK PROQNOZ

2015-ci ilin noyabr ayında Rusiyanın Su-24 hərbi təyyarəsinin vurulması ilə gərginləşən Rusiya-Türkiyə münasibətləri yenidən dalana dirənib. Ankara yanvarın 29-da Rusiya tərəfindən növbəti dəfə Türkiyənin hava məkanının pozulduğu açıqladı.

Publika.az xəbər verir ki, iki ölkə arasındakı mövcud münasibətləri Almaniyanın “Deutsche Welle” nəşrinə şərh edən türk və rus ekspertləri təhlükəli proqnozlar səsləndiriblər.

Ankaranın bildirilib ki, yanvarın 29-da Rusiyanın Su-34 təyyarəsi Türkiyənin hava məkanını pozub. Hadisənin konkret olaraq Suriya ilə sərhəd Qaziantep vilayətində baş verdiyi deyilir. Məlumata görə, Su-24-ün piloti rus və ingilis dillərində pozuntu barədə xəbərdarlıq edilib.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov iddianı rədd edib.

Hadisəni şərh edən Yaxın Şərq Tədqiqatları Mərkəzinin eksperti Sergey Danilov Rusiyanın hərəkətlərinin planlı xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Rusiya aviasiyası Türkiyənin hava məkanında uçmaqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cavab hərəkətlərinə təhrik edir. “Vladimir Putin türk prezidentinin reaksiyasını sınaqdan keçirir. Rusiyalılar türklərə deyirlər ki, necə istəyiriksə, özümüzü o cür aparacağıq! Bu güc tətbiqinə təhrikdir”, - Danilov əmin edib.

Ekspert əmindir ki, Moskva Suriya məsələsinin həllini qeyri-mümkün etmək istəyir.

Alman nəşrinin suallarını cavablandıran Türkiyə Hərbi-Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Kartal Rusiyanın manevrlərini şərh edib. Rusiyanın manevrlərinin güc nümayişi olduğunu deyən generalın sözlərinə görə, Türkiyə NATO ilə birlikdə hərəkət etməlidir.

“Türkməndağı bölgəsi Əsəd və Rusiyanın əlinə keçdi. Rusiya Fərat çayının qərbində təhlükəsiz bölgə qurmaq istəyən Ankaraya mane olmağa çalışır və “əlinizdəki Türkmandağı bölgəsini də aldım, daha da irəliləyə bilməzsiniz” mesajı ilə şou edir. Rusiya “Suriyada irəliləməkdən imtina etməyəcəyəm. Bura mənimdir” mesajı verərək əslində yalnız Türkiyəyə deyil, bütün dünyaya meydan oxuyur. Rusiya qarşıdakı dövrdə də Türkiyənin təhlükəsiz bölgə qurmaq istədiyi ərazilərə doğru irəliləyəcək. PYD ilə əməkdaşlıq da bütün bunların göstəricisidir”, - Ərdoğan Kartal vurğulayıb.

Kartal Türkiyənin indiki mərhələdə təmkinli davranmalı olduğunu deyib: “Rusiya öz şousuna davam edə bilər, amma Türkiyə bu şounun qurbanı olmamalıdır. Bu gün dünyada II Dünya Müharibəsindən əvvəlki vəziyyət hökm sürür. BMT öz vəzifələrini yerinə yetirmədiyi üçün iri güclər bir-birlərinə qarşı şou edirlər və nəticədə Yaxın Şərqdə yanğın baş verir. Suriya əgər hazırda bütün dünya üçün bir döyüş meydanına çevrilibsə, bunda BMT-nin aktiv ola bilməməsinin də böyük payı var”.

Türkiyənin hava məkanının pozulub-pozulmadığı barədə qəti fikir söyləməyin çətin olduğunu deyən rusiyalı ekspert Aleksandr Golz ABŞ-ın ortaya qoyduğu dəlillərlə birlikdə mübahisəsiz şəkildə Ankaranın yanında dayandığına diqqət çəkib.

“Aydın olan odur ki, Ankara müttəfiqlərini razı salıb və dəstəklərini zəmanət altına almaq üçün xeyli çalışıb”, - Golz deyib.

Moskvanın Ankara ilə yaşadığı ixtilafı Qara dənizə daşımaq niyyətində olmadığını dilə gətirən ekspert Rusiya və Türkiyənin müharibənin bir addımlığında olduğunu vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR