Əsəd Rusiyanın T-90 tanklarını döyüşə atdı
Bizi izləyin

Dünya

Əsəd Rusiyanın T-90 tanklarını döyüşə atdı

Bəşər Əsəd gücləri Suriyanın Hələb vilayətində apardığı əməliyyatlarda Rusiyadan hərbi dəstək kimi aldığı 15 ədəd T-90 tankından istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə “Hərbi informator” portalında bildirilir.

Portalın məlumatına görə, Rusiya tanklarını Suriya ordusunun elit bölmələri alıb. Bu bölmələr hazırda Hələb vilayətində Rusiyanın hava güclərinin dəstəyi ilə müxalifət qüvvələri və İŞİD-ə qarşı döyüşürlər.

T-90 tankarının ekipajları Suriyanın quru qoşunlarının hərbi qulluqçularından ibarətdir. Onlar adətən T-72 tanklarının istismar təcrübəsinə malikdirlər və T-90-ların istifadəsi üçün əlavə kurslardan keçiblər. Portal həmçinin bildirir ki, T-90 tanklarının vurulması üçün İŞİD döyüşçülərinə böyük mükafat təyin edib.

Məlumata görə, T-90 tankları ilk dəfə 2015-ci ilin noyabr ayının sonunda Hələbdə görünüb.

Qeyd edək ki, T-90 Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. T-72-ləri əvəz etmək üçün istehsal olunub. Körfəz müharibəsində T-72-lərin ABŞ-ın “Abrams M1A1” tanklarına qarşı motifikasiya olunub. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm