Sabancını öldürən 20 il sonra tutuldu - VİDEO
Bizi izləyin

Dünya

Sabancını öldürən 20 il sonra tutuldu - VİDEO

Türkiyənin Aydın vilayətində keçirilən əməliyyatda İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının üzvü olan iki kamikadze tutulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kamikadzelərdən birinin məşhur iş adamı Özdəmir Sabancıya qarşı sui-qəsddə şübhəli bilinən DHKP-C üzvü İsmayıl Akkolun olduğu məlum olub.

Digər kamikadzenin isə Fadik Adıyaman olduğu təxmin edilir. Üzərindən saxta şəxsiyyət vəsiqələri çıxan şübhəlilərin kimliyinin müəyyənləşdirilməsi işləri davam edir.

Qeyd edək ki, “Sabancı Holdinq”in İdarə Heyətinin üzvü olan Özdəmir Sabancı 9 yanvar 1996-cı ildə öldürülüb. Hadisədən sonra digər iki şübhəli – Mustafa Duyar və Fehriye Ərdaldan fərqli olaraq Akkol barədə uzun müddət məlumat əldə etmək mümkün olmayıb.

Yunan polisi Akkolu 11 fevral 2014-cü il tarixində Afinada təşkil etdiyi bir əməliyyat zamanı 4 DHKP-C üzvü ilə birlikdə tutur. Yunanıstanda 5 ay həbsdə qalan Akkol Yunanıstan və Türkiyə arasında məhbusların qaytarılması barədə razılaşma olmadığı üçün sərbəst buraxılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm