"Zika" virusunun yayılması fövqəladə hal elan edilib
Bizi izləyin

Dünya

"Zika" virusunun yayılması fövqəladə hal elan edilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusunun yayılmasını qlobal ictimai səhiyyə sahəsində fövqəladə hal kimi qiymətləndirib.

ÜST-nin baş direktoru Dr. Marqaret Çan bildirib ki, təşkilatın bu bəyanatı Cənubi Amerikada ciddi doğum qüsurlarına ağcaqanadların yaydığı virusun səbəb olduğundan şübhələnildikdən sonra verilib.

Təşkilat bu il ərzində Amerika qitəsində 4 milyon insanın virusa yoluxma ehtimalı barədə xəbərdarlıq edir.

Qlobal İctimai səhiyyə sahəsində fövqəladə hal elan etməsinə baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı ticarət və ya səyahət qadağalarının tətbiq olunmasına çağırmayıb.

Zika virusu və uşaqların anormal dərəcədə balaca başla doğulmasına səbəb olan mikrosefaliya arasında birbaşa əlaqə olduğu elan edilməyib.

Bazar ertəsi Braziliya prezidenti Dilma Russefin müşaviri hamilə qadınları Zika virusunun yaratdığı risklər səbəbilə bu il keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün ölkəyə səfər etməməyə çağırıb.

Braziliya Zika epidemiyasının mərkəzindədir. Oktyabr ayından bəri ölkədə 4 min mikrosefaliya halı qeydə alınıb.

Zikanın adı 1947-ci ildə virusun ilk aşkarlandığı Uqandada yerləşən meşədən gəlir.

Virus Aedes ağcaqanadları vasitəsilə dünyaya yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm